12px13px15px17px
Tarix:14/10/13

“Microsoft” korporasiyası “MSN Australia” layihəsini tərk edir


“Microsoft” korporasiyası “MSN Australia” portalının inkişafı və dəstəklənməsi ilə məşğul olan “Mi9” şirkətindəki payını satıb. Əvvəllər “Ninemsn” adı ilə tanınan və 1997-ci ildə Ceyms Paker tərəfindən təsis olunan “Mi9” şirkəti də Avstraliyanın pulsuz efir kanalını dəstəkləyir.  
Avstraliyanın internet bazarında “MSN Australia” portalının xüsusi yeri var, çünki şirkət yerli televiziya kanalının və Ceyms Paker idarə etdiyi “PBL Media” nəşrinin geniş baza kontentində hüquqa malikdir. İnternet-statistikanın məlumatına görə, “MSN Australia” portalı hazırda populyarlığına görə Avstraliyanın yerli bazarında  “Google” və “Facebook”dan sonra 3-cü yeri  tutur.

“Microsoft” və “Ninemsn” nümayəndələri bildiriblər ki, sövdələşmə heç bir şirkətin balansına əhəmiyyətli təsir göstərmir, çünki tərəflər arasında gələcək strateji əməkdaşlığa dair prinsipial razılıq artıq əldə olunub. Belə ki, “Microsoft” “MSN Australia” portalında reklam yerləşdirmək hüququnu özündə saxlayıb, lakin gəlirin bölünməsi sxemini tərəflər açıqlamır. Bundan başqa, “Microsoft” “MSN Australia” üçün texnologiya, proqram təminatı və texnoloji baza təqdim edəcək, eləcə də portalın gələcək texnoloji inkişafı və orada yeni texnologiyaların tətbiqi ilə məşğul olacaq. 

Analitiklər güman edirlər ki, yaxın vaxtlarda “Microsoft” diqqətini “Azure Office 365”, “SkyDrive” kimi onlayn texnologiyalara yönəltmək üçün onlayn media seqmentində iştirakını məqsədyönlü şəkildə azaldacaq. Ekspertlər gələcəkdə korporasiyanın bütün ölkələrdə “MSN” portallarından tam uzaqlaşacağını istisna etmirlər. Bir müddət əvvəl “Microsoft” 16 ildir iştirak etdiyi “MSNBC” ABŞ layihəsini tərk edərək idarəetməni “NBC News” media şirkətinə verib, - “Cybersecurity www.cybersecurity.ru” yazır.    






Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024