Tarix:14/10/13
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Strategy Analytics" tədqiqat şirkətinin məlumatına görə, 2012-ci ildə bu ölkənin mobil telefon sahiblərinin 67,6%-nin smartfonu var və bu, dünya üzrə ən yüksək göstəricidir. Müqayisə üçün, qlobal miqyasda smartfonların tətbiq səviyyəsi 14,8% olub. 2013-cü ildə Cənubi Koreyada smartfonların nüfuzetmə səviyyəsinin 79,5%, 2017-ci ildə isə təxminən 90%-ə çatacağı gözlənilir.
Bunu nəzərə alaraq hesab edilir ki, artıq bu il Cənubi Koreya bazarında dinamika mənfi olacaq: "Strategy Analytics"in qiymətləndirməsinə əsasən, 2013-cü ilin yekununa görə, bu ölkəyə smartfon tədarüklərinin həcmi 14% azalaraq 26,3 milyon olacaq. Bir il əvvəl smartfonların tədarük həcmi 30,7 milyon olub.
Lakin "Samsung" və "LG" şirkətlərinin vətəni heç də ən böyük smartfon bazarı deyil, buna görə də onun mənfi dinamikası dünya göstəricilərinə təsir etməyəcək. Bu göstərici baxımından Çin və ABŞ lider olaraq qalır, harada əvvəlki kimi artma gözlənilir. 2013-cü ildə Çinə smartfon tədarüklərinin həcmi 315 milyona çatacaq və ABŞ-da bu göstərici 143 milyon olacaq. 2012-ci ildə sözügedən dövlətlərə smartfonların tədarük həcmi müvafiq olaraq 173 və 143 milyon təşkil edib.
Emil Hüseynov
Smartfon bazarında geriləmə gözlənilir
Analitiklər ilin əvvəlindən xəbərdarlıq edirlər ki, smartfon bazarı tədricən doyma nöqtəsinə yaxınlaşır."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Strategy Analytics" tədqiqat şirkətinin məlumatına görə, 2012-ci ildə bu ölkənin mobil telefon sahiblərinin 67,6%-nin smartfonu var və bu, dünya üzrə ən yüksək göstəricidir. Müqayisə üçün, qlobal miqyasda smartfonların tətbiq səviyyəsi 14,8% olub. 2013-cü ildə Cənubi Koreyada smartfonların nüfuzetmə səviyyəsinin 79,5%, 2017-ci ildə isə təxminən 90%-ə çatacağı gözlənilir.
Bunu nəzərə alaraq hesab edilir ki, artıq bu il Cənubi Koreya bazarında dinamika mənfi olacaq: "Strategy Analytics"in qiymətləndirməsinə əsasən, 2013-cü ilin yekununa görə, bu ölkəyə smartfon tədarüklərinin həcmi 14% azalaraq 26,3 milyon olacaq. Bir il əvvəl smartfonların tədarük həcmi 30,7 milyon olub.
Lakin "Samsung" və "LG" şirkətlərinin vətəni heç də ən böyük smartfon bazarı deyil, buna görə də onun mənfi dinamikası dünya göstəricilərinə təsir etməyəcək. Bu göstərici baxımından Çin və ABŞ lider olaraq qalır, harada əvvəlki kimi artma gözlənilir. 2013-cü ildə Çinə smartfon tədarüklərinin həcmi 315 milyona çatacaq və ABŞ-da bu göstərici 143 milyon olacaq. 2012-ci ildə sözügedən dövlətlərə smartfonların tədarük həcmi müvafiq olaraq 173 və 143 milyon təşkil edib.
Emil Hüseynov
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır