12px13px15px17px
Tarix:17/10/13

“Microsoft Azerbaijan” və “AFB Bank” əməkdaşlığa dair saziş imzalayıb


 
“Microsoft Azerbaijan” şirkəti ilə “AFB Bank” arasında “Microsoft Open Value” proqramı çərçivəsində əməkdaşlığa dair saziş imzalanıb.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bundan sonra bank kompüterlərinə sazişə daxil edilmiş proqram məhsullarını quraşdıra biləcək. Seçilən lisenziyalaşdırma variantının üstünlüyündən biri, bank tərəfindən yeni və yenilənmiş məhsullardan istifadəsidir ki, bu da “AFB Bank”ın informasiya sisteminin təhlükəsizliyini və onun dünya tendensiyalarına uyğun inkişafını təmin edir. Bank məhsullar dəstinin və ya baza məhsullarının ayrı-ayrı lisenziyalaşdırmasını əldə edib və sazişin qüvvədə olması müddəti ərzində seçdiyi məhsulların ən yeni variantını istifadə edəcək.

“Get Genuine Windows Agreement” (GGWA) proqramı çərçivəsində bank tərəfindən əldə edilmiş baza əməliyyat sistemi (ƏS) bu sazişin imzalanması yolunda vacib addımlardan hesab olunur. “GGWA” – “Microsoft” tərəfindən tövsiyə olunan lisenziyalaşdırılmamış ƏS üçün həldir və bu həlli əldə etdikdən sonra müştərinin infrastrukturu “OpenValue” korporativ lisenziyalaşdırılmaya keçmək üçün hazır hesab olunur.
“Azərbaycanda lisenziyalı ƏS-in tətbiqi üzrə aparılan aktiv tədbirlər iri şirkətlər tərəfindən leqal məhsulun istifadəsinin üstünlüklərinin dərk edilməsinin göstəricisidir. Bu cür yanaşma inkişafın geniş perspektivlərini açacaq”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.

Aynur Vəliyeva
 



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024