12px13px15px17px
Tarix:17/10/13

Xaçmaz turizm obyektləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib


 Xaçmaz turizm mərkəzləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Xaçmaz Turizm İnformasiya Mərkəzindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, yay fəslinin başa çatmasına baxmayaraq istirahət mərkəzlərindən bir çoxunda hətta “Wi-Fi” şəbəkəsi yaradılması bura istənilən vaxt gələnlərdə xoş ovqat yaradır. Belə istirahət mərkəzlərinə istirahətə gələn müştərilərin internetə daxil olması üçün parol verilir. Bu paroldan istifadə edən hər bir kəs yüksək keyfiyyətlə internetə daxil olub xidmətdən istifadə edə bilər. Bundan başqa istirahət mərkəzlərinin bir çoxunda kotteclərdə telefon xidmətləri də var.
 
Xaçmaz Telekommunikasiya Qovşağı tərəfindən CDMA simsiz rabitə şəbəkəsinin Nabran istirahət zonasında  genişləndirilməsi bu xidmətdən istifadə edənlərin sayına təsir edib. Bir çox istirahət mərkəzlərində isə “Delta Telekom” şirkətinin xidmətindən istifadə edilərək 404 indeksi ilə başlayan nömrələrlə təchiz edilib. Bakıda bu nömrələrə zəng edən müştərilərə elə Nabranda cavab verilir.


 
Qeyd edək ki, istirahət mərkəzlərinin bəzilərində müasir texnologiyaların tətbiq edildiyi konfrans zalı var ki, burada simsiz internet üzərindən videokonfrans rabitəsi də yaratmaq olar.

RƏVAN



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024