Tarix:17/10/13
Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən təqdim olunan elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alıb. “Elektron hökumət” portalının (www.e-gov.az) statistikasına əsasən, bu ilin 9 ayında əhalinin daha çox yararlandığı elektron xidmətlər sırasına “Pensiya kapitalı barədə məlumat”, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər daxildir.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin sözlərinə görə, hesabat dövründə fondun “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən 95 701 nəfər şəxs istifadə edib və hazırda DSMF “Elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir. DSMF “Elektron hökumət” portalı ilə yanaşı, fondun saytı (www.dsmf.gov.az) vasitəsilə də əhaliyə müxtəlif elektron xidmətlər göstərməkdədir. Cari ilin 9 ayında bu xidmətlərdən ən çox istifadə olunanları, “Sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatların elektron formada hazırlanması üçün proqram təminatı” və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunan haqqında məlumatın toplanması üçün proqram təminatı” adlı elektron xidmətlər olub. Qeyd olunanlardan əlavə, 54 679 nəfərdən çox vətəndaş bilavasitə fondun saytı vasitəsilə bu xidmətlərdən yararlanıb:
“Cari ilin ikinci yarısından etibarən isə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 3 ay ərzində 558 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya olunması nəzərdə tutulur”.
Həqiqət İSABALAYEVA
Dövlət Sosial Müdafiə Fondu ilin sonuna kimi bir sıra yeni xidmətlərini “Elektron hökumət” portalına inteqrasiya edəcək

Baxış sayı: 798
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır