12px13px15px17px
Tarix:18/10/13

Xarici sahibkarlar da Azərbaycanın internet resursundan yararlanır

Azərbaycanda internet istifadəçilərinin sayının sürətli artımı dövlət orqanlarının rəsmi saytlarına daxilolma miqdarının yüksəlməsinə səbəb olub. Belə ki, icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf  Nazirliyi tərəfindən yaradılan “www.icazeler.gov.az” portalını sentyabr ayında 7500-ə yaxın internet istifadəçisi ziyarət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sayta təkcə ölkə daxilindən deyil, eyni zamanda xaricdən də müraciət edilib.
 
 İnternet istifadəçilərinin 300-dən çoxu Böyük Britaniya, Rusiya, ABŞ , Türkiyə, Almaniya, Ukrayna, Litva, Özbəkistan, İspaniya, Monqolustan, Yunanıstan, Gürcüstan, Rumıniya, İtaliya, Norveç, Səudiyyə Ərəbistanı, Braziliya, Moldova, Filippin, Fransa, Argentina, Macarıstan, Hindistan, İsveçrə, Danimarka və Çindən olub. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 189 mindən çox internet istifadəçisi yararlanıb.
 
 
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Bu da qanunvericilik aktlarının layihələrinin ictimai müzakirəsinə imkan yaradır.
 
SEYMUR



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024