12px13px15px17px
Tarix:18/10/13

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi rekord həddə çatıb

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.
 
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin həcmi sentyabr ayı ilə müqayisədə 22% artaraq 88 GB/S təşkil edir. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikin həcminin ən yüksək həddidir.
 
Ölkənin çıxış trafikinin həcmi də son aylarla müqayisədə artıb və artıq 20 GB/s təşkil edir.  Xatırladaq ki, iyun- sentyabr aylarında ölkənin çıxış trafikinin həcmi stabil 13-14 GB/s təşkil edib. Bu göstəricinin maksimal həddi 2012-ci ilin dekabr ayından 2013-cü ilin fevral ayınadək 16-17 GB/s-dək artım nümayiş edib.
Hazırda isə ölkəyə daxil olan internet trafikin orta həcmi 10-20 GB/s, çıxış trafikin orta həcmi isə 60-85 GB/s təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024