Tarix:11/08/11
ABŞ-da fləş yaddaş əsasında yeni superkompyuter işləyəcək
Kaliforniya Universitetinin (ABŞ) tərkibinə daxil olan San-Dieqo şəhərindəki Superkomyuter mərkəzində (SDSC) avqust ayının sonuna kimi “Gordon” adlanan yeni hesablayıcı kompleksin yoxlanılmasına başlanılacaq. 64 qovşaqdan ibarət olan superkompyuterin əsas xüsusiyyəti məlumatların saxlanılmasının alt sistemidir. Bu kompyuterlərdə ənənəvi sərt disklər deyil, fləş yaddaş (SSD) əsasında olan sərt daşıyıcılar tətbiq edilir. Vinçesterlərdən imtina yalnız məlumatların ötürülmə sürətinin artmasına deyil, həm də etibarlılıq artımına, enerji istehlakının azalmasına nail olmağa icazə verib. Superkompyuterin yaradılmasına təxminən 5 il vaxt və ABŞ Milli Elmi Fondu (NSF) tərəfindən verilmiş 20 milyon dollar sərf olunub. “Gordon” məlumatların saxlanılması alt sisteminin ümumi tutumu təxminən 300 TB təşkil edir. Kompleks əməliyyatların yüksək intensivliyi ilə olan iri verilənlər bazalarının işinin saxlanılması üçün təyin edilib.Baxış sayı: 1091
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır