Tarix:18/10/13
Qeyd etmək lazımdır ki, bu nəticəyə əsasən simsiz həllər sayəsində nail olunub. Avropa Komissiyasının məlumatına görə, Avropanın 100 faizlik internetlə təmin edilməsi peyk interneti ilə təchiz edilir, lakin reallıqda Aİ sakinlərinin yalnız 0,6 faizi ondan yararlanır. Peyk interneti simsiz və mobil infrastrukturun olmadığı yerlərdə tətbiq olunur, habelə istifadəçilərin 96,1 faizi simli internetdən istifadə edir. Bu, ya ayrılmış ənənəvi mis və ya optik kanal, ya da “DSL” olur, halbuki sakinlərin 99,4 faizi mobil operator və ya digər tədarükçünün simsiz internet əhatə zonasında yaşayır.
Aİ-nin rəqəmli inkişaf məsələləri üzrə komissarı Neoli Kroes bildirib ki, ucqar regionlarda yaşayan sakinlər üçün peyk və mobil internet ucuz olmasa da, çox əlverişlidir. O, həmçinin əlavə edib ki, peyk operatorları ilə kampaniyanın aparılması sayəsində hazırda Avropada peyk internetinin baza tarifinin aylıq qiyməti 10 avrodan başlayır, ayda 25 avro ödəməklə isə 20 Mbit/s sürətində internet əldə etmək mümkündür. Bundan başqa, xanım N.Kroes onu da qeyd edib ki, Avropa ümumilikdə 148 peykin əhatə zonasındadır.
Xatırladaq ki, əvvəllər Aİ-də 2020-ci ilədək Avropa sakinlərinin 100 faizinin evdə 30 Mbit/s sürətindən az olmayaraq, şəhərlərdə isə 100 Mbit/s sürətində internetlə təchiz ediləcəyini özündə əks etdirən plan qəbul edilib, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Aİ sakinlərinin 100 faizi genişzolaqlı internetə çıxış imkanı əldə edib
Avropa Komissiyası cümə axşamı Avropa İttifaqı (Aİ) ərazisindəki yaşayış məntəqələrinin internetlə təmin edilməsində 100 faizlik nəticəyə nail olunmasını bəyan edib. Bu təşəbbüs Brüssel tərəfindən bir neçə il ərzində həyata keçirilib və əvvəlki plana əsasən, internetlə tam əhatə olunmaya cari ilin sonunadək nail olmaq nəzərdə tutulmuşdu.Qeyd etmək lazımdır ki, bu nəticəyə əsasən simsiz həllər sayəsində nail olunub. Avropa Komissiyasının məlumatına görə, Avropanın 100 faizlik internetlə təmin edilməsi peyk interneti ilə təchiz edilir, lakin reallıqda Aİ sakinlərinin yalnız 0,6 faizi ondan yararlanır. Peyk interneti simsiz və mobil infrastrukturun olmadığı yerlərdə tətbiq olunur, habelə istifadəçilərin 96,1 faizi simli internetdən istifadə edir. Bu, ya ayrılmış ənənəvi mis və ya optik kanal, ya da “DSL” olur, halbuki sakinlərin 99,4 faizi mobil operator və ya digər tədarükçünün simsiz internet əhatə zonasında yaşayır.
Aİ-nin rəqəmli inkişaf məsələləri üzrə komissarı Neoli Kroes bildirib ki, ucqar regionlarda yaşayan sakinlər üçün peyk və mobil internet ucuz olmasa da, çox əlverişlidir. O, həmçinin əlavə edib ki, peyk operatorları ilə kampaniyanın aparılması sayəsində hazırda Avropada peyk internetinin baza tarifinin aylıq qiyməti 10 avrodan başlayır, ayda 25 avro ödəməklə isə 20 Mbit/s sürətində internet əldə etmək mümkündür. Bundan başqa, xanım N.Kroes onu da qeyd edib ki, Avropa ümumilikdə 148 peykin əhatə zonasındadır.
Xatırladaq ki, əvvəllər Aİ-də 2020-ci ilədək Avropa sakinlərinin 100 faizinin evdə 30 Mbit/s sürətindən az olmayaraq, şəhərlərdə isə 100 Mbit/s sürətində internetlə təchiz ediləcəyini özündə əks etdirən plan qəbul edilib, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Baxış sayı: 842
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib