Tarix:18/10/13
Kaliforniya ştatının Kupertino Şəhər Şurası “Apple” şirkətinin xarici görünüşünə görə uçan boşqabı xatırladan yeni mənzil-qərargahının tikinti layihəsini yekdilliklə bəyənib.
Bükük şüşə, beton və poladdan hazırlanan dördmərtəbəli dairəvi bina 14 200 əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulmaqla 260 min kvadratmetrlik ümumi ərazidə yerləşəcək, eləcə də 6 min ağacla əhatə olunacaq.
Yeni ofisin ərazisində yeraltı maşın dayanacağı, min nəfərlik auditoriya, korporativ sağlamlıq mərkəzi, kafe və tədqiqat laboratoriyaları yerləşəcək.
“Kosmik” ofisin yaradılması ilə bağlı planı ilk dəfə 2011-ci ilin iyununda şirkətin keçmiş baş direktoru Stiv Cobs ölümünə 4 ay qalmış səsləndirib.
ABŞ istehsalçısının yeni ofisinin inşası ilə bağlı yekun qərarın noyabrın 15-də keçiriləcək növbəti iclasda qəbul olunacağı gözlənilir. Qərar qəbul olunacağı təqdirdə şirkət ilin sonunadək köhnə tikililərin sökülməsinə və tikinti meydançasının hazırlanmasına başlamağı planlaşdırır.
Qeyd edək ki, “Apple”ın “Infinite Loop” küçəsində yerləşən hazırkı mənzil-qərargahında 3 minədək əməkdaş çalışır, - “Vesti www.vesti.ru” yazır.
Hakimiyyət “Apple”ın yeni mənzil-qərargahının tikinti layihəsini bəyənib

Baxış sayı: 1285
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır