12px13px15px17px
Tarix:21/10/13

“Sharp” smartfonlar üçün “IGZO” texnologiyası üzrə ekranların istehsalına başlayır


 “Sharp” şirkəti smartfonlar üçün oksid, indium, qallium və sink (IGZO) plyonkalar əsasında ekranların seriyalı istehsalına start verib. Belə ekranlarda nöqtələrin ölçüsü ənənəvi texnologiyalar üzrə hazırlanan maye-kristal ekranlarla müqayisədə daha kiçikdir və bu səbəbdən təsvirin ölçüsü və dəqiqliyi artıq ola bilər.

Yaxın vaxtlarda “Sharp” Yaponiyada “IGZO” ekranlı iki modeli satışa çıxarmağı planlaşdırır. Onlardan birincisi - “Aquos Phone Zeta SH-01F” modeli 5 düym diaqonallı ekrana və “Full HD” formatlı (1920x1080) təsvir ölçüsünə malikdir. “Aquos Phone EX SH-02F” modeli də eyni təsvir ölçüsünə malikdir, lakin ekran diaqonalı 4,7 düym təşkil edir. Beləliklə, ekranın təsvir ölçüsü bir düym üçün 487 nöqtəyə bərabərdir.
 
Şirkət nümayəndələri smartfonlara tələbat artdıqca yüksək təsvir ölçüsünə malik ekranlara da tələbatın artacağını düşünürlər. “IGZO” texnologiyası ilə üzvi işıq diodlu ekranların (OLED) və ekranları bükük formada etməyə imkan verən yeni maye-kristal ekranların hazırlanması texnologiyası müqayisə edilə bilər, - “Computerworld www.osp.ru” yazır. 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024