Tarix:22/10/13
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Global E-Government Forum”da iştirakı çərçivəsində yerli mütəxəssislər e-arayışların istifadə təcrübəsi ilə tanış olublar.
“Düşünürəm ki, tətbiq etməyə hazırlaşdığımız e-arayışların geniş istifadəsi və tətbiq sahələrinin inkişaf etdirilməsində Koreya təcrübəsindən yararlanmağa çalışacağıq”,- deyə o bildirib.
Qeyd edək ki, e-arayışların tətbiqi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Elektron hökumət”in inkişafı üzrə yeni proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcək. Yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron arayışların verilməsi qaydaları"nın hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi də nəzərdən keçirilir.
Aynur Vəliyeva
Azərbaycan e-arayışların verilməsi üzrə xidmətin təşkilində Koreya təcrübəsindən istifadə edəcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi gələcəkdə tətbiq etməyə hazırlaşdığı e-arayışlar xidmətinin təşkilində Koreyanın təcrübəsindən istifadə etmək niyyətindədir.MHM-in direktoru Nail Mərdanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Global E-Government Forum”da iştirakı çərçivəsində yerli mütəxəssislər e-arayışların istifadə təcrübəsi ilə tanış olublar.
“Düşünürəm ki, tətbiq etməyə hazırlaşdığımız e-arayışların geniş istifadəsi və tətbiq sahələrinin inkişaf etdirilməsində Koreya təcrübəsindən yararlanmağa çalışacağıq”,- deyə o bildirib.
Qeyd edək ki, e-arayışların tətbiqi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Elektron hökumət”in inkişafı üzrə yeni proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcək. Yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron arayışların verilməsi qaydaları"nın hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi də nəzərdən keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 930
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır