Tarix:22/10/13
“Wikipedia” onlayn ensiklopediyası bu gün yüzlərlə redaktorunun hesabının bağlanması haqqında məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, onların bir çoxu təşkilat və ya onların məhsullarının irəliləyişi ilə məşğul olub. Məlumata əsasən, 250 redaktorun hesabı bağlanılıb. Onlar populyar şəbəkə resursunun səhifələrində məhsullar və ya şirkətlər haqqında tərifləyici məqalələrin yerləşdirilməsinə görə pul alıblar.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ensiklopediyanı idarə edən “Wikimedia” şirkətindən bildirilib ki, onların resursu ödənişsiz, müstəqil və qeyri-kommersiya yönümlüdür, ona görə də istənilən gizli və ya ictimai reklam irəliləyişi qadağandır. “Wikimedia Foundation” fondunun baş direktoru Syu Qardner yazıb ki, redaktorların fəaliyyəti ensiklopediyanın qaydalarına tamamilə ziddir.
“Wikipedia” onlayn ensiklopediyasının iş qaydalarına əsasən, istənilən müstəqil şəxs “Wikimedia” fonduna müvafiq müraciət edərək sözügedən resursun redaktoru ola bilər. Onlar hansısa kommersiya şirkətini təmsil edə və brendin irəliləyişi ilə məşğul ola bilməzlər.
Qardner deyib ki, redaktorların kommersiya fəaliyyəti "Wikipedia” resursunun əsas qaydalarına ziddir, buna görə də ensiklopediyanın operatoru bu cür hallarla qətiyyətlə mübarizə aparacaq.
Emil Hüseynov
“Wikipedia” 250 redaktoruna “Əlvida” deyib

Baxış sayı: 818
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib