12px13px15px17px
Tarix:22/10/13

Yaşlı amerikalıların 3/1 hissəsi planşetə malikdir

“Pew Internet & American Life Project” şirkətinin keçirdiyi növbəti tədqiqata əsasən, hazırda ABŞ-ın 16 və daha yuxarı yaşlı sakinlərinin 35 faizi planşet kompüter sahibidir. Bir il əvvəl bu göstərici təxminən 25 faiz, 2010-cu ilin ortalarında 3 faiz təşkil edib.

Bukriderlərin (oxu qurğularının) populyarlığı yüksək templə olmasa da, artmaqda davam edir. Belə ki, 2010-cu ilin payızında ABŞ-ın 16 yaşdan yuxarı sakinlərinin 19 faizi kitab oxumaq üçün xüsusi qurğuya malik idisə, hazırda bu göstərici 24 faizə bərabərdir.

Ümumilikdə, ABŞ-ın 16 və daha yuxarı yaşlı sakinlərinin 43 faizi planşet və ya bukriderə malikdir. Bir il əvvəl bu nəticə 33 faiz təşkil edib.

Bildirilir ki, qeyd olunan yaş qrupunda mobil aparatların nüfuzetməsi 91 faizə çatıb. Bununla yanaşı, 55 faiz mobil şəbəkə abunəçisi smartfonlara üstünlük verir, - “3DNews www.3dnews.ru” yazır. 



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024