12px13px15px17px
Tarix:22/10/13

“Instagram” fotoxidməti “Windows Phone” platformasında işləyəcək

“Instagram” fotoxidməti “Windows Phone” əməliyyat sistemli smartfonlarda işləyəcək. Bu barədə oktyabrın 22-də “Nokia World” tədbiri zamanı “Nokia” şirkətinin direktoru Stiven İlop elan edib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Instagram” tətbiqi yaxın həftələrdə “Windows Phone” üçün tətbiq mağazasında yerləşdiriləcək. “Instagram”ın direktoru Kevin Sistrom, həmçinin bu faktı təsdiqləyib.

Xatırladaq ki, “Instagram” fotoxidməti 2010-cu ildən fəaliyyət göstərir  və auditoriyası 150 milyon istifadəçidən çoxdur. Xidmət ilk öncə fotoşəkillərin nəşr edilməsi üçün nəzərdə tutulub, lakin 2013-cü ilin yayından xidmətə videoçarxlar da yükləmək mümkündür.

İlk vaxtlar “Instagram” yalnız “iOS” platformasında işləyib. 2012-ci ildə onun “Android” üçün tətbiqi çıxarıldıqdan sonra xidmətin auditoriyası xeyli artıb. Həmin il “Facebook” sosial şəbəkəsi 1 milyard dollarından keçərək “Instagram” fotoxidmətini satın alıb.

Emil Hüseynov



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024