Tarix:22/10/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Nar Mobile” və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən “Onlayn medianın inkişafına dəstək” layihəsi davam edir. Layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğundan, xüsusilə “elektron hökumət” quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir. İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyi ilə keçirilən təlimlər daha bir həftə davam edəcək.
Təlimlər jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilir. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, mobil İnternet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, “elektron hökumət” kimi mövzular öz əksini tapıb. Müxtəlif mətbuat orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisası üzrə təhsil alan tələbələr təlimlərdə iştirak edirlər. Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
Adı çəkilən layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn media müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixinədək qəbul olunur.
RƏVAN
“Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Baxış sayı: 707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır