12px13px15px17px
Tarix:23/10/13

Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin direktoru: “Əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var”

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən informasiya-kommunikasiya texnologiyaları, turizm, bank, energetika, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
 
Biznes forumu giriş sözü ilə açan AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
 
 
Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (SPİRİT Slovenia) direktoru Boştyan Skalar Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. B.Skalar bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
 
AZPROMO-nun nümayəndəsi Ömər Əfəndiyev Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr və birbaşa xarici investisiyalar şöbəsinin müdiri Tanya Drobniç Sloveniyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.
 
Tədbirdə Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılıb, Sloveniya iş adamlarını maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib. Biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024