12px13px15px17px
Tarix:24/10/13

Təhsil Nazirliyi cari ilin sonunadək yeni elektron xidmətləri istifadəyə verməyi planlaşdırır


 
Təhsil Nazirliyi “İKT ili”nin sonunadək yeni elektron xidmətləri istifadəyə verməyi planlaşdırır. Nazirlikdən bildirilib ki, hazırda bu istiqamətdə işlər aparılır: “Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) elektron xidmətlər bölməsi yaradılıb, saytda interaktiv və informativ xidmətlərin siyahısı göstərilib.
 
Hazırda Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu”, “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” və “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu” üzrə vətəndaşlara elektron xidmətlər göstərilir.
 
Eyni zamanda “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətlərin, o cümlədən sənədlərin qəbulu”, “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” üzrə elektron xidmətlər hazırdır və cari ilin sonunadək istifadəyə veriləcək”.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024