12px13px15px17px
Tarix:24/10/13

İnternet nəhəngi Misiri tərk edir

ABŞ-ın nəhəng “Yahoo!” internet şirkəti Misirdəki bölməsinin bağlanmasını və sayı açıqlanmayan bütün yerli əməkdaşların işdən azad olunmasını bəyan edib. 

Ofisi paytaxt Qahirədə yerləşən Misir bölməsinin bağlanması şirkətin iş səmərəliliyinin artırılması üzrə qlobal proqramın tərkib hissəsi elan edilib. Proqrama kiçik şöbələrin sayının azaldılması və daha böyük regional nümayəndəliklərin yaradılması daxildir. “Yahoo!”-nun Misir bölməsi fəaliyyətini tam olaraq 2013-cü ilin sonunda dayandıracaq və bundan sonra şirkəti regionda Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən şöbələr təmsil edəcək.  

Qeyd edək ki, populyar axtarış sisteminə malik olan və mənzil-qərargahı Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşən “Yahoo! Inc.” şirkəti 1994-cü ildə təsis olunmaqla geniş spektr internet xidmətləri təqdim edir. Şirkətin xidmətlərindən ümumilikdə 0,5 milyard istifadəçi yararlanır, - “RBK www.rbc.ru” yazır.
 
 



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024