Tarix:24/10/13
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Tvente Universitetindən hollandiyalı tədqiqatçılar bu işlə məşğul olublar. Hazırda alimlərin həlli məlumatları normal şəraitdə milyon il ərzində saxlamağa qadirdir, lakin onlar bu müddəti milyard ilə qədər çatdırmağa ümid edirlər.
"İnsanlar həmişə informasiyanı gələcək nəsillərə ötürməyə çalışıblar. Bildiyimiz kimi, gec-tez insan sivilizasiyası məhv olacaq və onun qüdrəti haqqında xatirələr tamamilə itə bilər" – tədqiqatçılar deyiblər. Gələcək haqqında fikirlər onları bu işlə məşğul olmağa vadar edib.
Əlbəttə ki, alimlər sözügedən həllin uzunömürlüyünü sınaqdan keçirməyə müvəffəq olmayıb. Bununla belə, onun üzərində sürətləndirilmiş "yaşlanma" prosesi aparıblar və məlum olub ki, disk milyon il ərzində işləməyə qadirdir.
Disk nitrid silisium qoruyucu qatı ilə örtülmüş volframdan işlənib hazırlanıb. Daşıyıcıdakı informasiya QR kodlar şəklində saxlanılır.
Bununla belə, yeni diskdəki informasiyanı ocağın köməyi ilə məhv etmək olar.
Emil Hüseynov
Alimlər milyon illər işləyəcək məlumat daşıyıcısı hazırlayıblar
Müəyyən şərtlər daxilində ənənəvi sərt disklərdə informasiya 10 il müddətində saxlanıla bilər. Bu, adi istifadəçilər üçün bəs edir, lakin məlumatı gələcək nəsillərə ötürmək üçün kifayət deyil. Buna görə alimlər milyon illər işləyəcək məlumat daşıyıcısı hazırlayıblar."ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Tvente Universitetindən hollandiyalı tədqiqatçılar bu işlə məşğul olublar. Hazırda alimlərin həlli məlumatları normal şəraitdə milyon il ərzində saxlamağa qadirdir, lakin onlar bu müddəti milyard ilə qədər çatdırmağa ümid edirlər.
"İnsanlar həmişə informasiyanı gələcək nəsillərə ötürməyə çalışıblar. Bildiyimiz kimi, gec-tez insan sivilizasiyası məhv olacaq və onun qüdrəti haqqında xatirələr tamamilə itə bilər" – tədqiqatçılar deyiblər. Gələcək haqqında fikirlər onları bu işlə məşğul olmağa vadar edib.
Əlbəttə ki, alimlər sözügedən həllin uzunömürlüyünü sınaqdan keçirməyə müvəffəq olmayıb. Bununla belə, onun üzərində sürətləndirilmiş "yaşlanma" prosesi aparıblar və məlum olub ki, disk milyon il ərzində işləməyə qadirdir.
Disk nitrid silisium qoruyucu qatı ilə örtülmüş volframdan işlənib hazırlanıb. Daşıyıcıdakı informasiya QR kodlar şəklində saxlanılır.
Bununla belə, yeni diskdəki informasiyanı ocağın köməyi ilə məhv etmək olar.
Emil Hüseynov
Baxış sayı: 638
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır