12px13px15px17px
Tarix:24/10/13

“Jurnalistlər üçün mobil texnologiyalar” mövzusunda təlim keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə təlimlərə start verilib.
 
Seminarlarda jurnalist-tələbələr və müxtəlif KİV-də  çalışan qələm sahibləri iştirak edir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilir.
 
Təlimlərin birinci günü yeni media mütəxəssisləri və  ekspertlər Şaiq  Muradov və Seymur Kazımov  "Sosial mediadan effektiv istifadə. Sosial mediada  PR" mövzularında jurnalistlər qarşısında təqdimatlar ediblər.
 
Sonrakı gün  ekspertlər Rəşad Əliyev və  Ayaz Quliyev "Jurnalistlər üçün mobil texnologiyalar. Mobil internet. Mobil xidmətlər, nömrə daşınması, mobil etiket və Mobil reklam" mövzularında təlim keçiblər.
 
Yeni media mütəxəssisi Azər Nəzərov növbəti Təlimdə "Multimedia Jurnalistika, səsli və görüntülü xəbərlər,  videoservislər, video və fotoredaktədə etika problemləri"  mövzularında jurnalistlər  qarşısında çıxış edib.  
Ekspertlərin  təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb.
 
Jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti təlimlərdə jurnalistlər üçün  "Elektron hökumət" və əsas anlayışlar, korrupsiyanın qarşısının alınmasında "elektron hökumət"in rolu,  İnformasiya açıqlığı, onlayn şəffaflıq, sosial media və "elektron hökumət", "İnformasiya əldə edilməsi haqqında" qanunun xüsusiyyətləri, E-hökumətdə informasiya təhlükəsizliyi, konfidensiallıq, kibercinayətkarlıq"  və s. mövzularda məşğələlər təşkil olunacaq.
 
Adı çəkilən layihə çərçivəsində keçirilən təlimlərin həftəsonu başa çatacağı nəzərdə tutulub.
 
Artıq  məlumat  verildiyi kimi,  "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində eyni zamanda "Onlayn Media" müsabiqəsi və "Twitter" mikrobloqunda "Ən yaxşı xalq jurnalisti" nominasiyası üzrə yarışma da keçirilir.  Hazırda müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
"İKT ili"-də həyata keçirilən  layihənin  əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, "elektron hökumət"in formalaşmasına  dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024