12px13px15px17px
Tarix:24/10/13

“Facebook” və “Apple” lobbiçiliyə ən çox pul ayıran şirkətlərdir


“Facebook” və “Apple” şirkətləri 2013-cü ilin üçüncü rübündə ABŞ-da lobbizm üçün xərcləri xeyli artırıb. Bu barədə şirkətlərin sənədlərinə istinadən “Consumer Watchdog” hüquq müdafiə resursu məlumat verib.  
 
“Facebook” lobbiçiliyə ümumilikdə 1,4 milyon dollar xərcləyib ki, bu da 2012-ci ilin analoji göstəricisini 47 faiz üstələyir. 2012-ci ilin iyul-sentyabrında sosial şəbəkə lobbistlərin hesabına 980 min dollar köçürüb. Lobbiçilərə çəkilən xərclərin artım dinamikasına görə birincilik “Apple” şirkətinə məxsusdur. Belə ki, 2012-ci ilin üçüncü rübü ilə müqayisədə ABŞ istehsalçısının lobbizm üçün xərcləri 111 faiz artaraq 960 min dollar təşkil edib.

Yüksək texnologiyalar sektorunun maraqların yeridilməsi üçün xərclər üzrə mütləq lideri “Google” şirkəti olub. Üçüncü rübdə şirkət bu məqsədlə 3,4 milyon dollar xərcləyib ki, bu da Federal Ticarət Komissiyası tərəfindən şirkətə qarşı araşdırmaların aparıldığı 2012-ci ildən 21 faiz azdır.

Bundan başqa, “Microsoft” lobbiçilərin hesabına pulköçürmələrini 20 faiz artıraraq 2,2 milyon dollara çatdırıb.
Telekommunikasiya şirkətləri arasında hamıdan çox lobbizmə xərcləyən “AT&T” şirkəti olub. Bu istehsalçı öz maraqlarının yeridilməsi üçün 4,3 dollar xərcləyib. İkinci yerdə 3,04 milyon dollarla “Verizon” şirkəti qərarlaşıb, - “Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024