Tarix:24/10/13
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub. Bu barədə “GMI Ratings” konsaltinq şirkəti tərəfindən hər il tərtib olunan ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.
M.Sukerberq əməkhaqqının məbləğinə görə ikinci yeri tutan “Kinder Morgan” şirkətinin (neft-qaz kəmərləri operatoru) icraçı direktoru Riçard Kinderi geridə qoyub. Ötən il R.Kinder 1,1 milyard dollardan çox gəlir əldə edib.
Liderlər üçlüyündə “Sirius XM Radio” şirkətinin rəhbəri Mel Karmazin də yer alıb. O, il ərzində əldə olunan əməkhaqqının məbləğinə (təxminən 255 milyon dollar) görə M.Sukerberq və R.Kinderdən xeyli geri qalıb. “Apple” şirkətinin rəhbəri Tim Kuk illik 144 milyon dollarlıq əməkhaqqı ilə reytinqdə yalnız beşinci yeri tuta bilib.
“GMI Ratings” nümayəndələrinin qeyd etdiyinə görə, ötən il ABŞ-ın nəhəng korporasiyalarının top-menecerləri rekorda imza atıblar. Yüksək əməkhaqqı alan 10 idarəedici hər biri ilk dəfə olaraq 100 milyondan, ikisi isə 1 milyarddan çox vəsait əldə edib.
Qeyd edək ki, “Forbes” jurnalı tərəfindən M.Sukerberqin ümumi var-dövləti 19 milyard dollar dəyərində qiymətləndirilib. Dünyanın 400 ən varlı adamı reytinqində “Facebook” təsisçisi 20-ci yeri tutur,- “IT Expert www.itexpert.org.ua” yazır.
“Facebook” təsisçisinin fantastik gəliri

Baxış sayı: 1023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır