Tarix:25/10/13
Bu fikirlər Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) ASK-nın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisad İnstitutunun bir qrup əməkdaşı arasında keçirilən görüşdə səslənib.
Görüşdə bildirilib ki, ölkə siyasətinin əsas istiqaməti neft kapitalının insan kapitalına çevrilməsidir. Elmə göstərilən xüsusi dövlət qayğısının hər bir azərbaycanlı əyani şahididir. Elmi nailiyyətlərin əldə olunması üçün elmi mərkəzlərlə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətli hesab olunur.
ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, konfederasiyanın təhsil sahəsinə, o cümlədən elmin inkişafına xüsusi önəm verir. ASK-nın təhsillə bağlı 2 komissiyasının fəaliyyət göstərdiyini deyən M.Musayev bu komissiyaların işinə elm adamlarının töhfə verə biləcəyini də istisna etməyib. ASK-nın prezidenti onu da vurğulayıb ki, konfederasiya AMEA-dan gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazırdır. İş adamlarının mütəmadi elm-texnologiya sahəsində baş verən yenilikləri öyrənməyə maraqlı olduğu qeyd olunan görüşdə AMEA-nın İqtisad İnstitutunun təcrübəsinin biznes dünyası üçün əhəmiyyəti olacağı da istisna edilməyib.
Gələcəkdə konfederasiya tərəfindən təşkil olunan tədbir və treninqlərə AMEA-nın üzvləri dəvət olunacaq, onlar mütəmadi olaraq ölkənin biznes mühitində baş verən yeniliklərdən xəbərdar olacaqlar.
AMEA-nın İqtisad İnstitutunun direktoru İsa Alıyev isə qeyd edib ki, yeni elmi ixtiralara, məqalələrə, İKT-nin tələbinə uyğun cild-cild kitablara imza atmaq, təhsilin bütün səviyyələri üzrə inkişafı ziyalıların qarşısında duran əsas vəzifələrdəndir. İ.Alıyev bildirib ki, biznes dünyası elm adamlarının yeni axtarışlar, araşdırmalar aparmasına dəstək verərsə, bu kimi məsələlərdə fəal olarsa, daha uğurlu nəticələr əldə etmək olar. Qonaq azərbaycanlı elm adamlarının adının gələcəyin "Nobel" mükafatçıları sırasına yazılması üçün, onların nəzəri biliklərini istehsalatda tətbiq etməsini zəruri hesab edib.
Görüşün sonunda ASK ilə AMEA-nın İqtisad İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair protokolu imzalanıb.
Seymur Qasımbəyli
“İKT-nin tələbinə uyğun cild-cild kitablara imza atmaq ziyalıların qarşısında duran əsas vəzifələrdəndir”
Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi, genişləndirilməsi və innovasiyalı iqtisadiyyatın formalaşdırılması istiqamətində işlər görülür. Bundan sonra elm sahəsi ilə biznes dünyası arasındakı əlaqələr inkişaf etdiriləcək.Bu fikirlər Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) ASK-nın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisad İnstitutunun bir qrup əməkdaşı arasında keçirilən görüşdə səslənib.
Görüşdə bildirilib ki, ölkə siyasətinin əsas istiqaməti neft kapitalının insan kapitalına çevrilməsidir. Elmə göstərilən xüsusi dövlət qayğısının hər bir azərbaycanlı əyani şahididir. Elmi nailiyyətlərin əldə olunması üçün elmi mərkəzlərlə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətli hesab olunur.
ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, konfederasiyanın təhsil sahəsinə, o cümlədən elmin inkişafına xüsusi önəm verir. ASK-nın təhsillə bağlı 2 komissiyasının fəaliyyət göstərdiyini deyən M.Musayev bu komissiyaların işinə elm adamlarının töhfə verə biləcəyini də istisna etməyib. ASK-nın prezidenti onu da vurğulayıb ki, konfederasiya AMEA-dan gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazırdır. İş adamlarının mütəmadi elm-texnologiya sahəsində baş verən yenilikləri öyrənməyə maraqlı olduğu qeyd olunan görüşdə AMEA-nın İqtisad İnstitutunun təcrübəsinin biznes dünyası üçün əhəmiyyəti olacağı da istisna edilməyib.
Gələcəkdə konfederasiya tərəfindən təşkil olunan tədbir və treninqlərə AMEA-nın üzvləri dəvət olunacaq, onlar mütəmadi olaraq ölkənin biznes mühitində baş verən yeniliklərdən xəbərdar olacaqlar.
AMEA-nın İqtisad İnstitutunun direktoru İsa Alıyev isə qeyd edib ki, yeni elmi ixtiralara, məqalələrə, İKT-nin tələbinə uyğun cild-cild kitablara imza atmaq, təhsilin bütün səviyyələri üzrə inkişafı ziyalıların qarşısında duran əsas vəzifələrdəndir. İ.Alıyev bildirib ki, biznes dünyası elm adamlarının yeni axtarışlar, araşdırmalar aparmasına dəstək verərsə, bu kimi məsələlərdə fəal olarsa, daha uğurlu nəticələr əldə etmək olar. Qonaq azərbaycanlı elm adamlarının adının gələcəyin "Nobel" mükafatçıları sırasına yazılması üçün, onların nəzəri biliklərini istehsalatda tətbiq etməsini zəruri hesab edib.
Görüşün sonunda ASK ilə AMEA-nın İqtisad İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair protokolu imzalanıb.
Seymur Qasımbəyli
Baxış sayı: 623
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır