Tarix:25/10/13
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, klubun iclasını giriş sözü ilə açan Rusiyanın tanınmış jurnalisti Artyom Korolyov müasir qadjetlər vasitəsilə işin istirahətlə uyğunlaşdırılması və müvəffəqiyyət qazanılması barədə danışıb: “2020-ci ildə işə götürənlər kommunikasiya bacarığı olan, ixtilafları həll edə bilən, optimal həllərin axtarışına yönəldilmiş, dayanıqlı və çevik, kosmopolit və müxtəlif mədəniyyət və dünya trendlərini anlayan mütəxəssislərə üstünlük verəcək”.
Tədbirin ikinci hissəsi İT mövzusunu əhatə edən breyn-rinq formatında keçirilib. Jurnalistlər arasında yüksək texnologiyalar eksperti adı uğrunda yarış təşkil olunub, oyunun ortalarında isə “Android” bazasında hazırlanan, əyləncə və iş üçün nəzərdə tutulan yeni “HP SlateBook 10 x2” noutbuk-transformerin təqdimatı keçirilib.
Tamölçülü klaviaturalı məhsuldar noutbuk asanlıqla mobil planşetə transformasiya olunur ki, nəticədə bu planşeti biznes görüşlərə, istirahətə götürmək olur və bu qurğu ilə daim iri şəhər ritmində qalmaq mümkündür.
“Müasir istifadəçilər internetə qoşulmuş rahat qurğu vasitəsilə məlumatları maneəsiz əldə etmək və bu məlumatla istənilən yerdə və istənilən vaxt bölüşməyə üstünlük verir. Bizim yeni noutbuk effektiv iş və rahat əyləncə üçün lazımi mobilliyi təmin edir”, - deyə “HP”-nin Ukraynada kateqoriya meneceri Viktor Qunçenko qeyd edib.
“HP SlateBook 10 x2” – “NVIDIA Tegra” mobil prosessorla təchiz edilmiş və çıxarıla bilən ilk kompüterdir. Noutbuk daha artıq real simulyasiya oyunlarını, veb-səhifələrin tez yüklənməsini, videonun “HD” formatında baxılmasını və “TegraZone”un əlavələrini təklif edir.
Yeni “Android Jelly Bean 4.2” əməliyyat sistemi və “Google”dan “Google Now”, “Google Search”, “Gmail”, “YouTube”, “Google Drive” və “Google+ Hangouts” kimi xidmətlər portativlik uğrunda funksionallığı qurban verməyəcəyinə zəmanət verir.
Diaqonalı 10,1 düym təşkil edən sensorlu ekran yüksək keyfiyyətli görüntünü, rənglərin dəqiq ötürülməsini və işıq ləkələrinin olmamasını təmin edir. “HP SlateBook 10 x2” noutbuku 32 Qb-lıq eMMC toplayıcısı və foto, video və musiqi fayllarını açmaq üçün “DTS Sound+ Solution” sistemi ilə təchiz olunub.
Aynur Vəliyeva
Azərbaycan MDB ölkələrinin “HP” intellektual klubunun ilk iclasında iştirak edib
Kiyevdə Azərbaycan, Qazaxıstan, Belarus və Ukrayna jurnalistlərinin iştirakı ilə MDB ölkələrinin “HP” intellektual klubunun ilk iclası keçirilib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, klubun iclasını giriş sözü ilə açan Rusiyanın tanınmış jurnalisti Artyom Korolyov müasir qadjetlər vasitəsilə işin istirahətlə uyğunlaşdırılması və müvəffəqiyyət qazanılması barədə danışıb: “2020-ci ildə işə götürənlər kommunikasiya bacarığı olan, ixtilafları həll edə bilən, optimal həllərin axtarışına yönəldilmiş, dayanıqlı və çevik, kosmopolit və müxtəlif mədəniyyət və dünya trendlərini anlayan mütəxəssislərə üstünlük verəcək”.
Tədbirin ikinci hissəsi İT mövzusunu əhatə edən breyn-rinq formatında keçirilib. Jurnalistlər arasında yüksək texnologiyalar eksperti adı uğrunda yarış təşkil olunub, oyunun ortalarında isə “Android” bazasında hazırlanan, əyləncə və iş üçün nəzərdə tutulan yeni “HP SlateBook 10 x2” noutbuk-transformerin təqdimatı keçirilib.
Tamölçülü klaviaturalı məhsuldar noutbuk asanlıqla mobil planşetə transformasiya olunur ki, nəticədə bu planşeti biznes görüşlərə, istirahətə götürmək olur və bu qurğu ilə daim iri şəhər ritmində qalmaq mümkündür.
“Müasir istifadəçilər internetə qoşulmuş rahat qurğu vasitəsilə məlumatları maneəsiz əldə etmək və bu məlumatla istənilən yerdə və istənilən vaxt bölüşməyə üstünlük verir. Bizim yeni noutbuk effektiv iş və rahat əyləncə üçün lazımi mobilliyi təmin edir”, - deyə “HP”-nin Ukraynada kateqoriya meneceri Viktor Qunçenko qeyd edib.
“HP SlateBook 10 x2” – “NVIDIA Tegra” mobil prosessorla təchiz edilmiş və çıxarıla bilən ilk kompüterdir. Noutbuk daha artıq real simulyasiya oyunlarını, veb-səhifələrin tez yüklənməsini, videonun “HD” formatında baxılmasını və “TegraZone”un əlavələrini təklif edir.
Yeni “Android Jelly Bean 4.2” əməliyyat sistemi və “Google”dan “Google Now”, “Google Search”, “Gmail”, “YouTube”, “Google Drive” və “Google+ Hangouts” kimi xidmətlər portativlik uğrunda funksionallığı qurban verməyəcəyinə zəmanət verir.
Diaqonalı 10,1 düym təşkil edən sensorlu ekran yüksək keyfiyyətli görüntünü, rənglərin dəqiq ötürülməsini və işıq ləkələrinin olmamasını təmin edir. “HP SlateBook 10 x2” noutbuku 32 Qb-lıq eMMC toplayıcısı və foto, video və musiqi fayllarını açmaq üçün “DTS Sound+ Solution” sistemi ilə təchiz olunub.
Aynur Vəliyeva
Baxış sayı: 649
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır