Tarix:25/10/13
“IBM” korporasiyası Britaniyanın “ARM Holdings”i ilə lisenziya sazişi imzalayıb. Sazişin şərtlərinə əsasən, “İBM” kommunikasiya və şəbəkə həlləri üçün proqramlarında “ARM” şirkətinin mikroprosessor həllərini və texniki dizaynını birinci istifadə etmək imkanını əldə edir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “IBM”-in bəyanatında qeyd edilib ki, bu saziş yüksək istehsal gücünə malik olan şəbəkə və mobil front-end məhsullarının hesablama gücünü artırmağa və həmçinin bazara aşağı səviyyədə istehlak və yüksək iş sürətinə malik olan biznes üçün yeni nəsil şəbəkə həlləri çıxarmağa imkan verəcək.
“IBM” şirkəti “ARM”-in “ARM Cortex-A15”, “ARM Cortex -A12” və “ARM Cortex- A7” prosessor texnologiyalarını lisenziyalaşdırıb. Bu texnologiyalar hazırda smartfonlarda və planşetlərdə istifadə edilir. “IBM” korporasiyası kommunikasiya və şəbəkə aparat təminatlarının layihələndirilməsi haqda da məlumat verib.
“IBM” və “ARM” şirkətləri lisenziyalaşdırma haqda sazişləri son 13 il ərzində imzaladıqlarını, bugünkü sazişin isə əməkdaşlığı genişləndirdiyini bildiriblər. Bu günədək “IBM” şirkəti “ARM” arxitekturunu onun bəzi hissələrini “Power” prosessorlarında istifadə etmək üçün lisenziyalaşdırırdı. “IBM”-dən başqa Britaniya çipmeykerinin bir sıra digər şirkətlərlə sazişləri var, o cümlədən “Samsung”, “Apple”, “AMD” və digərləri ilə.
Şirkət eyni zamanda “ARM” məhsul xəttində aparıcı qrafik texnologiya olan “ARM Mali-450” lisenziyalaşdırıb.
Aynur Vəliyeva
“IBM” şirkəti “ARM Holdings” texnologiyasını lisenziyalaşdırır

Baxış sayı: 750
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır