12px13px15px17px
Tarix:25/10/13

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə enerji stansiyalarının iş rejimləri avtomatik idarə ediləcək

 “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” dünyada ilk hibrid stansiyadır. Burada Qobustan şəhərinin enerji təminatı məqsədi ilə “ağıllı şəbəkə”nin yaradılması işlərinə başlanılıb. Bu sistem ölkənin regionlarında yerləşən ABOEM üzrə enerji stansiyalarının iş rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaq.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Qobustan eksperimental enerji poliqonunda təşkil olunan mətbuat konfransında Azərbaycan Dövlət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov deyib.

Onun sözlərinə görə, hibrid stansiya vasitəsilə birinci mərhələdə Qobustan şəhəri, ikinci mərhələdə isə bütün Qobustan rayonu avtonom rejimdə alternativ enerji ilə təmin ediləcək. Layihənin 2015-ci ilin əvvəlinədək tam reallaşacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Azərbaycanın digər regionlarında da hibrid elektrik stansiyaları qurulacaq. Bu yaxınlarda daha 10 regionda – Naxçıvan, Gədəbəy, Qax, Neftçala və digər rayonlarda bu tip “ağıllı şəbəkə”li stansiyalar fəaliyyətə başlayacaq, Sumqayıtda mərkəzi idarəetmə sistemi yaradılacaq.

CAHANGİR



Baxış sayı: 1290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024