Tarix:26/10/13
Yaponiyada “Systena” şirkəti “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və tərtibatçılar üçün nəzərdə tutulan ilk planşet kompüteri təqdim edib.
“Systena” planşeti iş tezliyi 1,4 giqahers təşkil edən “ARM Cortex-A9” arxitekturalı dördnüvəli prosessor üzərində qurulub. Qurğu 10,1 düym sensor ekranlı 1920x1200 təsvir ölçüsünə, 2 giqabaytlıq operativ yaddaş və “microSD” kartı sayəsində genişləndirmə imkanı ilə 32 giqabaytlıq quraşdırılmış fləş-yaddaşa malikdir.
Qırmızı və ağ rənglərdə buraxılan planşet həmçinin “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 3.02 simsiz şəbəkə adapterləri, ön və arxa kameralarla təchiz olunub.
Xatırladaq ki, “Tizen” əməliyyat sistemi “Linux Foundation” və “LiMo Foundation” təşkilatlarının birgə layihəsidir. Portativ qurğularda “ARM” və “х86” prosessorları ilə istifadə oluna bilinən əməliyyat sisteminin əsasını “Linux” nüvəsi təşkil edir. Layihə ilk vaxtlarda “Intel” və “Samsung” şirkətləri tərəfindən fəal dəstəklənib, - “3DNews www.3dnews.ru” yazır.
Yaponiyada “Tizen” sistemli ilk planşet təqdim olunub

Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır