12px13px15px17px
Tarix:26/10/13

Azərbaycanın prosessinq mərkəzi “Visa payWave” texnologiyasının tətbiqinə başlayıb

“AzeriCard”  “Visa payWave” ekvayrinqinin başlanmasını elan edir. Prosessinq mərkəzindən verilən məlumata görə,  bu texnologiya saniyələr ərzində malların və xidmətlərin haqlarını kassada ödəməyə imkan verir. Bunun üçün “Visa payWave” kartının sahibi öz kartını sadəcə həmin texnologiyanı dəstəkləyən terminala yaxınlaşdırır.

“Visa payWave” texnologiyaları sayəsində “AzeriCard”ın sistemində xidmət olunan banklar ticarət və xidmət müəssisələrinə təmassız kartların qəbulunu təşkil etmək üçün öz xidmətlərini təklif etmək imkanı əldə edir. Ticarət və xidmət müəssisələri “Visa payWave” kartların qəbuluna başlayaraq müştərilərə daha yüksək və sürətli xidmət göstərilməsini, kassalarda növbələrin və nağd vəsaitlərlə keçirilən əməliyyatların azalmasını və nəhayət, müştərilərin loyallığının əldə olunmasını təmin edəcək.

 Qeyd edək ki, yaxın gələcəkdə “AzeriCard”  “Visa payWave” kartların istehsalı üçün nəzərdə tutulmuş bütün işləri sona çatdırmağa planlaşdırır. Beləliklə, “Visa payWave” həm kart, həm də terminal tərəfindən tam olaraq dəstəklənəcək.

CAHANGİR



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024