Tarix:26/10/13
“NPD DisplaySearch” şirkəti 2012-ci ilədək dünya planşet kompüterlər bazarı üzrə proqnozunu açıqlayıb.
Proqnoza əsasən, 2013-cü ildə planşetlərin tədarük həcmi 2012-ci illə müqayisədə 30 faiz artaraq 255 milyon ədədə çatacaq. Bu aparatların ənənəvi noutbuk və ultrakompakt qurğuların daxil olduğu dünya portativ kompüterlər bazarında payı təxminən 60 faiz təşkil edəcək. Bu halda noutbukların payı 36 faiz olacaq və tədarük həcmi 160 milyon ədədi ötməyəcək, habelə ultrakompakt fərdi kompüterlər 19 milyon ədəd tədarük həcmi ilə bazarın 4 faizini tutacaq.
2017-ci ilədək planşetlərin tədarükü 534 milyon ədədə çata, portativ kompüterlər bazarında payı 76 faizədək arta bilər. Adi noutbukların tədarükünün bazar payının 16 faiz azalması ilə 112 milyon ədədədək aşağı düşməsi gözlənilir. Ultrakompakt kompüterlər 50 milyonluq tədarük həcmi ilə bazarda 7 faizə sahib olacaq.
Cari ildə Şimali Amerika və EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) planşetlərin tədarükü 50 faizə yaxın olacaq. 2017-ci ilədək bu göstərici 36 faizədək azalacaq. Bununla yanaşı, Çin və Asiya-Sakit okean regionunda tədarük 60 faizədək artacaq, - “3DNews www.3dnews.ru” yazır.
Planşetlər bazarında 30 faizlik artım proqnozlaşdırılır

Baxış sayı: 1856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır