Tarix:28/10/13
Sumqayıt şəhərində hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sisteminin əsasları yaradılır.
Sözügedən tədbir Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Azərbaycanda hava keyfiyyətinin idarə olunması sahəsində qanunvericilik aktları təkmilləşdirilir, təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması üçün potensial inkişaf etdirilir.
AMEA Radiasiya Problemləri İnstitutundan bildirilib ki, Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi “AQTA- Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Regional Fəaliyyət Planı 2009” çərçivəsində 7 ölkədə həyata keçirilir.
2011-2014-cü illəri əhatə edən layihə çərçivəsində AMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, k.e.d., professor İslam Mustafayev bu günlərdə Kiyev şəhərində təşkil olunan seminarda iştirak edib.
Təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması məsələsinə həsr olunan seminarda layihənin Azərbaycan üzrə Milli koordinatoru İ.Mustafayev Azərbaycanda bu sahədə görülmüş işlərdən danışıb, qarşıda duran məsələlər barəsində müzakirələr aparıb. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Sumqayıtda hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemi yaradılır

Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır