12px13px15px17px
Tarix:28/10/13

Bayrağımızın rənglərini dizayn proqramlarında ən yaxşı əks etdirən işlər qiymətləndiriləcək


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclərin maarifləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində müxtəlif layihələri həyata keçirməyə davam edir. Bu layihələrdən biri də 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Üçrəngli İdeya Müsabiqəsi"dir.
 
ATGTİ-dən bildirilib ki, sözügedən layihə gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanması, dövlət atributlarının təbliği məqsədini daşıyır: "Layihə çərçivəsində keçirilən müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri dizayn proqramlarında hazırlanmış dizayn işlərini təqdim etməklə qoşula bilərlər.
 
Şərtlərə görə, təqdim olunan işlər hazırlanarkən üçrəngli bayrağın rəngləri -  göy, qırmızı və yaşıl rəngdən istifadə mütləqdir. Xüsusi halda, 4-cü rəng olaraq yalnız bayraqda təsvir olunan ayparanın rəngindən – ağ rəngdən istifadə etmək olar. Hər bir tələbə gənc 1 dizayn işi ilə müsabiqəyə qatıla bilər. Dizayn işləri JPG (uzunluğu 40 sm, eni 22.5 sm) formatında təqdim olunmalıdır".
 
Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin də qalib olmuş işlər metro stansiyalarında nümayiş ediləcək.
 
Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən gənclər hazırladıqları dizayn işlərini və şəxsi məlumatlarını - ad, soyad, təhsil müəssisəsinin adı və əlaqə telefonlarını qeyd edərək "musabiqe@atgti.az" ünvanına göndərməlidirlər. Müraciətin son tarixi 5 noyabrdır.

Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 2101

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024