Tarix:28/10/13
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilib. Təlimlər yeni media və İT sahəsində tanınmış mütəxəssisləri və ekspertləri, eləcə də XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və “Elektron hökumət” portalının əməkdaşları İlqar Abdullayev və Rahib Əliyev tərəfindən aparılıb. Sözügedən kurs zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Artıq məlumat verildiyi kimi, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda jurnalistlər və bloqçular üçün “Onlayn Media” müsabiqəsi və “Twitter” mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir. Hazırda müsabiqə qaydalarına uyğun olaraq materialların müsabiqəyə təqdim olunması davam edir və 15 noyabr tarixində başa çatacaq.
Noyabr ayının sonunda layihənin yekun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimat mərasimində müsabiqənin qaliblərinə planşet və smartfonlar, eləcə də diplomlar təqdim olunacaq. Həmçinin təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
SEYMUR
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Multimedia Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə reallaşdırılan birhəftəlik təlimlər başa çatıb. “İKT İli” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, “elektron hökumət”in formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilib. Təlimlər yeni media və İT sahəsində tanınmış mütəxəssisləri və ekspertləri, eləcə də XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və “Elektron hökumət” portalının əməkdaşları İlqar Abdullayev və Rahib Əliyev tərəfindən aparılıb. Sözügedən kurs zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Artıq məlumat verildiyi kimi, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda jurnalistlər və bloqçular üçün “Onlayn Media” müsabiqəsi və “Twitter” mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir. Hazırda müsabiqə qaydalarına uyğun olaraq materialların müsabiqəyə təqdim olunması davam edir və 15 noyabr tarixində başa çatacaq.
Noyabr ayının sonunda layihənin yekun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimat mərasimində müsabiqənin qaliblərinə planşet və smartfonlar, eləcə də diplomlar təqdim olunacaq. Həmçinin təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
SEYMUR
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır