Tarix:28/10/13
Braziliyada fəaliyyət göstərən dörd mobil rabitə operatorundan üçü qala bilər. Ekspertlərin fikrincə, hazırda ölkədə mobil müqavilələrin sayı 268 milyonu ötür ki, bu da ölkə sakinlərinin sayından 1,35 dəfə çoxdur. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, 10 il əvvəl burada 45 milyon abunəçi olub. Yerli analitiklər bildiriblər ki, Braziliyada rabitə xidmətləri Cənubi Amerikada olan ən bahalı xidmətlərdən biridir, lakin buna baxmayaraq operatorlar arasında rəqabət çox güclüdür.
Hazırda Braziliyanın telekommunikasiya bazarında elə bir vəziyyət yaranıb ki, operatorlar birləşmə haqqında düşünmək məcburiyyətindədir. Əvvəllər bu hal müşahidə olunmayıb, lakin indi İtaliyanın “Telecom Italia” şirkəti Braziliyadakı aktivinin satılması haqqında fikirləşir. Potensial alıcılar qismində Portuqaliyanın “Portugal Telecom” və Braziliyanın “Oi” şirkətləri çıxış edir.
Braziliya operatorları perspektivdə inkişaf edəcək bazarda fəaliyyət göstərdiklərini anlayır, lakin digər tərəfdən buranın telekommunikasiya bazarında vergi dərəcələri yüksəkdir, həmçinin telekommunikasiya avadanlığının gətirilməsinə əlavə vergi qoyulur. Odur ki, operatorlar qiymətləri yüksək səviyyədə saxlamaqla və az mənfəət əldə etməklə çalışmaq məcburiyyətindədir.
Braziliyanın telekommunikasiya bazarında gözlənilən sövdələşmə Futbol üzrə Dünya Çempionatından əvvəl baş tutmalıdır, çünki o vaxtadək şirkətlər bütün ölkədə “4G” şəbəkəsinin fəal inkişafına başlamaq niyyətindədir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Braziliya bazarında dörd mobil rabitə operatorundan üçü qala bilər

Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır