Tarix:28/10/13
“ICTnews” xəbər xidmətinin “www.podrobnosti.ua” saytına istinadən verdiyi məlumata əsasən, “Nexus 5” rəsmi buraxılış tarixi bildirilməsə də, onun haqqında, demək olar ki, hər şey məlumdur. Oktyabrın əvvəlində şəbəkəyə qurğunun təmiri üzrə daxili təlimat düşüb və bu təlimat “quqlofo”nun texniki xüsusiyyətləri haqda məlumatları açıqlayıb. Bir neçə həftə öncə isə “Google” şirkəti “səhvən” “Google Play” internet dükanında onun şəklini və qiymətini yerləşdirib.
Məlum olub ki, “Nexus 5” ağ korpusla təchiz ediləcək və onu “LG” şirkəti istehsal edəcək.
Ehtimal edilir ki, aparat 4,95 düymlük 1080 piksel ölçüdə ekrana, 4 nüvəli “Snapdragon 800” (2,3 hiqahers takt tezlikli) prosessora, 2 GB əməliyyat yaddaşına malik olacaq, LTE-şəbəkələri dəstəkləyəcək, 8 meqapikselli kamera ilə təchiz ediləcək.
O, eyni zamanda, Qi standartı üzrə simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.
Aynur Vəliyeva
“Google” noyabrın 1-də “Nexus 5” və "şokoladlı Android”i təqdim edəcək
Noyabrın 1-də “Google” şirkəti “Nexus 5” smartfonunu və yeni ”KitKat” kod adlı “Android 4.4” əməliyyat sistemini təqdim edəcək.“ICTnews” xəbər xidmətinin “www.podrobnosti.ua” saytına istinadən verdiyi məlumata əsasən, “Nexus 5” rəsmi buraxılış tarixi bildirilməsə də, onun haqqında, demək olar ki, hər şey məlumdur. Oktyabrın əvvəlində şəbəkəyə qurğunun təmiri üzrə daxili təlimat düşüb və bu təlimat “quqlofo”nun texniki xüsusiyyətləri haqda məlumatları açıqlayıb. Bir neçə həftə öncə isə “Google” şirkəti “səhvən” “Google Play” internet dükanında onun şəklini və qiymətini yerləşdirib.
Məlum olub ki, “Nexus 5” ağ korpusla təchiz ediləcək və onu “LG” şirkəti istehsal edəcək.
Ehtimal edilir ki, aparat 4,95 düymlük 1080 piksel ölçüdə ekrana, 4 nüvəli “Snapdragon 800” (2,3 hiqahers takt tezlikli) prosessora, 2 GB əməliyyat yaddaşına malik olacaq, LTE-şəbəkələri dəstəkləyəcək, 8 meqapikselli kamera ilə təchiz ediləcək.
O, eyni zamanda, Qi standartı üzrə simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.
Aynur Vəliyeva
Baxış sayı: 659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır