12px13px15px17px
Tarix:28/10/13

Almaniyada daxili şəbəkə yaradıla bilər

Kansler Angela Merkel ABŞ tərəfindən izlənməsindən son dərəcə narahatdır və internet şəbəkəsinin lokal variantını yaratmağa hazırlaşır.

“Röyters” agentliyindən bildirilib ki, Almaniya hökuməti kansler Angela Merkelin telefon söhbətlərinin ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənilməsindən son dərəcə narahat olub. Bəzi siyasətçilər artıq beynəlxalq interneti tərk edərək ABŞ-ın izləmə sisteminin “qurban”ı olmaq istəməyən vətəndaşlar üçün nəzərdə tutulmuş daxili alman şəbəkəsi yaratmaq təklifini müzakirə etməyə başlayıblar. Qlobal şəbəkə bundan sonra da əlçatan olacaq, lakin indi ondan istifadəni arzulamayan şəxslər ondan uzaq dura bilərlər.
“ICTnews” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, hökumət artıq “Deutsche Telekom” dövlət provayderi ilə danışıqlar aparır.

Almaniya MTA ilə yaşanmış qalmaqaldan sonra internetdə yerləşdirilmiş məlumatlarının mühafizəsini gücləndirməyə başlayıb.

Emil Hüseynov



Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024