Tarix:29/10/13
Nazirliyin dəstəklədiyi "Dilmanc" layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən "Dilmanc" İmla sisteminin yeni versiyası yaradılıb. "ICTnews" elektron xəbər xidmətinin layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilər həmin sistemin yeni versiyasını layihənin "www.dilmanc.az" səhifəsindən öz kompüterlərinə yükləyə bilərlər (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılıb. Bundan əlavə, kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.
Qeyd edək ki, "Dilmanc" layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.
CAHANGİR
Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.Nazirliyin dəstəklədiyi "Dilmanc" layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən "Dilmanc" İmla sisteminin yeni versiyası yaradılıb. "ICTnews" elektron xəbər xidmətinin layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilər həmin sistemin yeni versiyasını layihənin "www.dilmanc.az" səhifəsindən öz kompüterlərinə yükləyə bilərlər (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılıb. Bundan əlavə, kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.
Qeyd edək ki, "Dilmanc" layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.
CAHANGİR
Baxış sayı: 830
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı