Tarix:29/10/13
"Apple" şirkətinin cari rübdə gəlirinin majinallığının smartfon və planşetlərin istehsalının maya dəyərinin artımı, həmçinin Qərb mediasında marketinq və reklam xərclərinin artımı nəticəsində azalmasını proqnozlaşdırıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkətin bu rübdə ümumi marjası 36,5% təşkil edəcək, bu da analitiklərin gözləntilərindən 2,5% azdır.
"Apple" şirkətinin gəliri bu rübdə 55-58 milyard dollar təşkil edəcək. Eyni zamanda, "Apple" şirkətinin analitikləri bildiriblər ki, hazırda şirkət 2008-ci ildən etibarən ilk dəfədir ki, rübdə 10% artım göstərir.
Xatırladaq ki, son üç ayda "Apple" tam olaraq "iPhone" smartfonları və "iPad" planşetləri xəttini yeniləyib, bu arada şirkət "Apple" məhsulunu maksimal dərəcədə geniş yaymağa çalışıb və yeni il öncəsi satışlar mövsümünün əvvəlinədək şirkətin yeni məhsulları Rusiya daxil olmaqla dünyanın 100 ölkəsində satılacaq.
Eyni zamanda, "Apple" göstəricilərinin artım templərinin azalması müşahidə olunur və sərmayədarları belə vəziyyət sevindirir.
Rüblük göstəricilər haqda məlumatlar nəşr edildikdən sonra şirkətin qiymətli kağızlarının qiyməti 5,1% azalaraq hər səhm üçün 529,88 dollar təşkil edib.
"Apple" şirkətinin maliyyə direktoru Piter Oppenxaymer bildirib ki, marjanın göstəricisinin azalmasının səbəbi "Apple" şirkətinin hesablama metodikasının dəyişməsi ilə bağlıdır.
Bu gün təqdim edilən hesabata əsasən, iyul-sentyabr aylarında "Apple" şirkətinin satışlarının həcmi 37,5 milyard dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur. "iPhone" smartfonlarının ümumi satışlarının həcmi, "5S" və "5C" daxil etməklə, analitiklərin proqnozlaşdırdıqları 32,8 milyon dollara qarşı 33,8 milyon dollar təşkil edib. Şirkət eyni zamanda 14,1 milyon "iPad" planşet satıb, bu da ötənildəkindən 200 min planşet daha azdır. "Mac" kompüterlərinin satışlarının həcmi 4,6 milyon təşkil edib.
"Apple" şirkətinin ötən rüb üzrə gəliri 7,51 milyard dollar təşkil edib və ya hər səhm üçün 8,26 dollar, bu da ötənildəki göstəricidən 8,6% azdır.
Jurnalistlərlə müsahibəsində "Apple" şirkətinin maliyyə direktoru Piter Oppenxaymer onu da bildirib ki, hazırda şirkət məhsulun maya dəyərinin artımı ilə üz-üzə gəlib, lakin pərakəndə satış qiymətlərini saxlamağa çalışır.
Bununla yanaşı, Asiya bazarında valyuta məzənnəsinin dəyişməsi qeydə alınır, bu da ixrac əməliyyatlarına mənfi təsir göstərir.
Qeyd edək ki, hazırda bir çox sahə ekspertləri "Apple" şirkətinin yeni "iPhone" qurğularının inkişaf edən ölkələrin, o cümlədən Rusiya və Çin bazarlarında satışında çətinlik çəkəcəyi proqnozlaşdırılır. Bu bazarlarda "iPhone 5С"-nin büdcəli versiyasının qiyməti 800 dollar təşkil edir. Bu ilin sonuna kimi bir çox bazarlarda, ötən həftə təqdim edilən yeni "iPad Air" modellərinin satışlarına start veriləcək. ABŞ-da onun satışına noyabrın 1-dən etibarən başlanılır.
Hesabatı şərh edərək Tim Kuk bildirib ki, son üç ayda "Apple" geniş çeşiddə ən müasir pulsuz məhsullar buraxıb – bu, yeni "iOS 7.0" mobil sistemi, yeni "iLife" və "iWork" dəstləri, həmçinin tarixdə ilk dəfə pulsuz "Mac OS X Maverics"dir.
Kukun sözlərinə əsasən, istifadəçilər bu məhsulları pulsuz əldə edirlər, lakin şirkət onların yaradılmasına 900 milyon dollardan çox vəsait xərcləyib. Onun sözlərinə əsasən, bu vəsaitləri ödəmək lazımdır və bu öz növbəsində "Apple" şirkətinin yeni məhsullarının qiymətində özünü büruzə verir.
Hər bir satılmış "iOS" qurğunun proqram təminatının qiyməti 15-20 dollar, MAC qurğunun isə 20-40 dollar təşkil edir.
Bu arada şirkətdən bildirilir ki, 2013-cü maliyyə ilinin nəticələrinə əsasən, "Apple" ötənildəki 125 milyona qarşı 150,2 milyon "iPhone", 58 milyona qarşı 71 milyon "iPad", 18,5 milyona qarşı isə 16,5 milyon "Mac" satıb. İstehsalçının ümumi illik mədaxili 170,9 milyon dollar, illik hesablamada gəliri isə 37 milyard dollar təşkil edib.
Aynur Vəliyeva
“Apple”da nə baş verir?

Baxış sayı: 687
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır