Tarix:30/10/13
“LinkedIn” peşəkar sosial şəbəkəsi hesab edir ki, cari rübdə onun gəliri istifadəçi bazasının artımında qeydə alınan ləngimə və reklam fəallığının azalmasına görə analitiklərin gözləntilərindən aşağı olacaq. Dördüncü rübdə mədaxil 415-420 milyon dollar təşkil edəcək, halbuki analitiklər bu göstəricini 439 milyon dollar səviyyəsində proqnozlaşdırırlar.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, üçüncü rübdə satış həcmi 393 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% çoxdur. İnvestorlar qeyd edirlər ki, göstəricilərin artımında ləngimə qeydə alınması ilə rastlaşan “LinkedIn” şəbəkəsi ABŞ-dan kənarda yeni istifadəçilərin cəlb edilməsi üzrə imkanlar axtarır, həmçinin 259 milyon insan əsasında yeni qazanc proqramları yaradır.
“LinkedIn” şəbəkəsinin istifadəçilərinin ümumi sayı son ildə 39% artım göstərərək 187-dən 259 milyona qədər artıb. Bir ildə “LinkedIn” şəbəkəsində ödənişli xidmətlər seqmentində satışların həcmi 62% artaraq 224,7 milyon dollar olub. Bir il əvvəl artım göstəricisi 95% təşkil edib.
Emil Hüseynov
“LinkedIn”in göstəriciləri qənaətbəxş deyil

Baxış sayı: 640
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib