12px13px15px17px
Tarix:30/10/13

Salam Əliyev: “Sağlamlıq imkanı məhdud insanlara yeni qəbul olunmuş qanunlar distant yolla izah olunur”

“Xüsusi Qayğıya Ehtiyacı olan uşaqlara Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sağlamlıq imkanı məhdud insanların sosiallaşması, cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin təşkili və əhalinin bu sahədə yeni qəbul olunmuş qanunlar haqda maarifləndirilməsi” layihəsi davam edir.
 
Layihə rəhbəri Salam Əliyev bildirib ki, layihə çərçivəsində sağlamlıq imkanı məhdud insanlarla bağlı yeni qəbul olunmuş qanunlardan ibarət təlim paketi onlara təqdim olunaraq geniş izahatlar verilir:
 
 “Bu izahatlar həm fərdi, həm kollektiv, həm də distant formada həyata keçirilir. Belə ki, bu layihəyə distant tədris mərkəzində təhsilə qoşulan şagirdlər və onların valideynləri də qoşulublar. Bu uşaqlara və valideynlərə distant olaraq (məsafədən) onların maraqlandıqları sahə üzrə yeni qəbul olunmuş qanunlar, onların imtiyazları haqqında məlumatlar verilir. Layihə çərçivəsində həm də bu insanların cəmiyyətə adaptasiyası da təmin olunur”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1470

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024