12px13px15px17px
Tarix:30/10/13

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

Azərbaycanın cənubunda "Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək" layihəsinin icrasına başlanıb. Layihə ölkənin cənub bölgəsində 5 rayonu əhatə edir.
 
 Proqram çərçivəsində  Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında sosial şəbəkələrin cəmiyyətdə rolu, internet üzərindən təhsil - distant təhsil, gənclərin İKT-dən səmərəli istifadəsi, internetdən pul qazanmağın yolları və s. kimi mövzular region gənclərinə öyrədiləcək.
 
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı məlumat yayıb. Adıçəkilən layihənin rəhbəri Şahin Rəhmanlı bildirib ki, ilk təlim Astara rayon Pedaqoji Kollecində  keçirilib. Təlimdə 20-dən çox tələbə iştirak edib. Seminarda iştirak edən gənclərə İKT, sosial şəbəkələrin faydası, onlardan səmərəli istifadənin, eləcə də internetdən pul qazanmağın yolları və s. haqqında məlumat verilib. Ardıcıl olaraq təlim-seminarlar digər rayonlarda da təşkil olunacaq.
 
Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
 
SEYMUR
 



Baxış sayı: 1818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024