Tarix:30/10/13
Avstraliyanın yeni seçilmiş mühafizəkar hökuməti dəyəri 38 milyard dollar təşkil edən milli genişzolaqlı internet şəbəkəsi layihəsi üçün Çinin "Huawei Technologies" şirkətinin avadanlığının alınmasına qoyulan qadağanın tətbiqini davam edəcək. Buna səbəb Avstraliyanın keçmiş leyboristlər hökumətinin "Huawei" avadanlığından Çinin xeyrinə casusluqda istifadə edilməsi ilə bağlı şübhələrin olması və buna görə ümummilli layihə üçün ondan istifadə etməyəcəyini bəyan etməsidir. Bundan başqa, ölkə hökuməti "Huawei"i bir sıra dövlət tenderlərində iştiraka buraxmayacağını da bildirib.
Hazırda Avstraliyanın yenilənmiş hökumət tərkibi elan edib ki, "Huawei" şirkətinin tenderlərdə iştirakına qoyulan qadağa davam edəcək, çünki şirkət şübhələri hələ ki aradan qaldırmağa nail olmayıb. Yeni rabitə naziri Malkolm Ternbull bildirib ki, qadağa müddətinin uzadılması ilə bağlı qərar provayder və xüsusi xidmət orqanlarının nümayəndələri ilə keçirilən məsləhətləşmələrdən sonra qəbul olunub.
Bununla yanaşı, bildirilib ki, Çin istehsalçısının fəaliyyətinə qoyulan qadağa ticari-iqtisadi münasibətlərlə bağlı deyil və əvvəllər ölkələr arasında azad ticarət haqqında imzalanan sazişlə heç bir əlaqəsi yoxdur. Rabitə nazirinin sözlərinə görə, qərar əsasən ölkənin xüsusi xidmət orqanları ilə aparılan məsləhətləşmələrdən sonra qəbul olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresi də ölkə biznesinə "Huawei" avadanlığının alışından imtina etməyi tövsiyə edib. Çin şirkətinin nümayəndələri bu ittihamları əsassız və sübutsuz adlandırıb, - "Cybersecurity www.cybersecurity.ru" yazır.
Avstraliya “Huawei” məhsullarından imtina etməkdə davam edir

Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır