Tarix:30/10/13
"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sənəd imzalandıqdan sonra magistralın hansı marşrutla tikiləcəyi və onun son qiyməti müəyyən ediləcək.
"Hazırda layihə çərçivəsində həyata keçirilə biləcək iki marşrut müzakirə edilir. Bu marşrutların biri magistralın Qazaxıstan üzərindən, ikinci marşrut isə magistralın Türkmənistan-Qırğızıstan-Tacikistan üzərindən keçməsini nəzərdə tutur və bu ərazilər dağlardan keçdiyinə görə daha çox vəsait tələb olunacaq. Qazaxıstan ərazisindən magistralın keçməsi gələcəkdə layihənin effektivliyini artırır, çünki bu ölkədə biznes inkişaf edir və bu seqmentdə trafikin doldurulması təmin olunacaq."
Xatırladaq ki, BMT-nin "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyasında Azərbaycan tərəfindən "TASİM" layihəsinin həyata keçirilməsini daha da sürətləndirmək məqsədi ilə Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsünü irəli sürüb.
Artıq Avrasiya Rabitə Alyansının strukturunun formalaşdırılması üzrə işlərə başlanılıb və alyans bu ilin dekabr ayınadək işə başlayacaq.
Aynur Vəliyeva
Bu ilin sonunda “TASİM” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması gözlənilir
Bu ilin dekabr ayında "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorların Anlaşma Memorandumunun imzalanması gözlənilir."TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sənəd imzalandıqdan sonra magistralın hansı marşrutla tikiləcəyi və onun son qiyməti müəyyən ediləcək.
"Hazırda layihə çərçivəsində həyata keçirilə biləcək iki marşrut müzakirə edilir. Bu marşrutların biri magistralın Qazaxıstan üzərindən, ikinci marşrut isə magistralın Türkmənistan-Qırğızıstan-Tacikistan üzərindən keçməsini nəzərdə tutur və bu ərazilər dağlardan keçdiyinə görə daha çox vəsait tələb olunacaq. Qazaxıstan ərazisindən magistralın keçməsi gələcəkdə layihənin effektivliyini artırır, çünki bu ölkədə biznes inkişaf edir və bu seqmentdə trafikin doldurulması təmin olunacaq."
Xatırladaq ki, BMT-nin "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyasında Azərbaycan tərəfindən "TASİM" layihəsinin həyata keçirilməsini daha da sürətləndirmək məqsədi ilə Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsünü irəli sürüb.
Artıq Avrasiya Rabitə Alyansının strukturunun formalaşdırılması üzrə işlərə başlanılıb və alyans bu ilin dekabr ayınadək işə başlayacaq.
Aynur Vəliyeva
Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı