Tarix:30/10/13
Maraqlı elmi müzakirələrin keçdiyi “dəyirmi masa”da professorlar - Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut “Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti – gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər.
“Nobel” mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nanotədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər.
Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyələrini veriblər. “Dəyirmi masa” verilən suallara ətraflı cavablarla başa çatıb.
SEYMUR
BDU alimləri “Nobel” mükafatçıları ilə nanotexnologiyaların perspektivlərini müzakirə ediblər
Bakı Dövlət Universitetində (BDU) “Nobel” mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) iştirakı ilə “Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar” adı altında “dəyirmi masa” keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Nobel” mükafatçılarına universitetdə görülən işlərdən danışıb.Maraqlı elmi müzakirələrin keçdiyi “dəyirmi masa”da professorlar - Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut “Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti – gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər.
“Nobel” mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nanotədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər.
Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyələrini veriblər. “Dəyirmi masa” verilən suallara ətraflı cavablarla başa çatıb.
SEYMUR
Baxış sayı: 822
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır