12px13px15px17px
Tarix:30/10/13

“Samsung” bir ay ərzində 5 milyon “Galaxy Note 3” satıb

“Samsung” şirkəti “Galaxy Note 3” smartfonunun çıxarılmasından ötən bir ayda 5 milyon smartfon satıb. “Ubergizmo” yazır ki, bu barədə sözügedən brendin direktoru Cey Key Şin Koreya mətbuatına deyib.
Nəşr xatırladıb ki, “Galaxy Note”-un birinci modeli bu göstəriciyə yalnız beş ay sonra nail olub və “Galaxy Note 2”-nin satış həcmi çıxarılmasından iki ay sonra 5 milyon olub.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki,  “Samsung Galaxy Note 3”-ün maya dəyəri təxminən 240 dollar təşkil edir. Bu, “Galaxy Note 2”-nin müvafiq göstəricisindən 20 dollar çoxdur. Bu, “Galaxy Note 3”-ün daha sürətli prosessor və yüksək keyfiyyətli ekranla təchiz edilməsi ilə izah edilir.

Emil Hüseynov



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024