12px13px15px17px
Tarix:31/10/13

Kiçik müəssisələrin 36 faizindən çoxu işdə istifadə müddəti 4 ili ötmüş fərdi kompüterlərdən istifadə edir


Bir sıra ölkələrdə kiçik müəssisələrin 36 faizindən çoxu işdə istifadə müddəti 4 ili ötmüş fərdi kompüterlərdən istifadə edir. Bu barədə “Intel” şirkətinin tədqiqatında deyilir. 

Tədqiqat əməkdaş sayı 100 nəfərədək olan 736 şirkətdə sorğunun keçirilməsi yolu ilə aparılmaqla “Intel”in sifarişi ilə “Techaisle” şirkəti tərəfindən Braziliya, Çin, Almaniya, Hindistan, Rusiya və ABŞ-da keçirilib.  

Tədqiqatın nəticələrinə əsasən, şirkətlər istifadə müddəti 4 ili ötmüş fərdi kompüterlərin təmirinə orta hesabla 427 dollar xərcləyir ki, bu da nisbətən yeni modellərin təmiri və onlara göstərilən xidmətdən 1,3 dəfə çoxdur. Köhnə kompüterləri şirkətlər 1,5 dəfə daha çox təmir etmək və xidmət göstərmək məcburiyyətindədir. Bundan başqa, rəyi soruşulanların 47 faizi “Windows XP” əməliyyat sisteminin “Microsoft” korporasiyası tərəfindən 8 aprel 2014-cü il tarixindən dəstəklənməsinin dayandırılması barədə məlumatsız olub.
    
İstifadə müddəti 5 ili ötmüş kompüterlərdən istifadə edən daha çox müəssisə ABŞ-da (8 faiz), daha az isə Hindistandadır (1 faiz). Sorğuda iştirak edən ölkələrdə bu göstərici orta hesabla 5 faiz təşkil edir, - “Digit www.digit.ru” yazır.



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024