Tarix:31/10/13
Xarici İşlər Nazirliyi “Elektron hökumət” portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ilk olaraq nazirliyin “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti portala inteqrasiya edilib.
Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.
Sorğu real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də müraciət üçün tələb olunan digər müvafiq sənədlərin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə akkreditasiya üçün müraciət edən xarici KİV nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər nazirinə ünvanlanmış məktubu, tərcümeyi-halı, 2 ədəd 3X4 ölçüdə fotoşəkil və pasportun surəti daxildir. Doldurulmuş forma XİN-də qeydiyyata düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir.
Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Xarici İşlər Nazirliyinin Ümumi katibliyi, nazirlik və xaricdəki nümayəndəliklərlə əlaqələr idarəsi tərəfindən həyata keçirilir.
Müraciətə dair tələb edilən sənədlərin çatışmazlığı aşkar olunduqda və ya xarici KİV nümayəndəsi Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə AR-ın müvafiq orqanlarına müraciət etmədən səfər etdiyi təqdirdə elektron xidmətin göstərilməsindən imtina edilir.
Qeyd edək ki, xarici KİV nümayəndələrinin e-akkreditasiyası ödənişsiz olaraq həyata keçirilir.
CAHANGİR
Xarici İşlər Nazirliyi “Elektron hökumət” portalına qoşuldu

Baxış sayı: 659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib