Tarix:31/10/13
Sabahdan etibarən Dövlət Proqramının aidiyyəti olan nazirliklər tərəfindən təsdiqlənməsi proseduru başlanacaq.
Yaxın bir ay ərzində Dövlət Proqramının icrasına başlanılması gözlənilir.
Layihə çərçivəsində genişzolaqlı internetin infrastrukturunun “Fiber to home” konsepsiyasına uyğun inkişaf etdirilməsi üzrə işlər paralel olaraq Bakıda, ölkənin regionlarında və Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi gözlənilir.
Bakı və Naxçıvanla yanaşı, işlər paralel olaraq İsmayıllıda, Qubada, Zaqatalada, Şirvanda, Lənkəranda, Qəbələdə aparılacaq.
Gələn ildən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondunun (DNF) dəstəyi ilə ölkədə "Fiber to Home" texnologiyası vasitəsilə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlayacaq.
DNF-ın büdcəsində layihə çərçivəsində birinci il ərzində nəzərdə tutulmuş işlərin görülməsi üçün 103,6 milyon manat ayrılması gözlənilir.
Layihə çərçivəsində, onu əsas icraçıları olan, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin restruktrizasiyası və birləşdirilməsi nəzərdə tutulub.
2014-2016-cı illər üçün nəzərdə tutulmuş layihənin reallaşdırılması üçün ümumilikdə 450 milyon manatdan artıq vəsaitin tələb olduğu bildirilir. Layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir.
Layihə çərçivəsində 18 min kilometr fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur, halbuki, bu gün ölkədə artıq 6-7 min kilometr kabel çəkilib.
Layihə ölkənin kabel infrastrukturunun kökündən yenidənqurması gözlənilir. Əsas məqsəd 10-100 Mbit/s sürətlə genişzolaqlı internet ilə uzaq regionları təmin etmək və internetdən istifadə edən əhalini 85% internetlə təmin etməkdi.
Son məqsəd isə bu göstəricini 2017-ci ilədək Azərbaycanda inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdır. Azərbaycan son üç ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə birinciliyi saxlayır.
Aynur Vəliyeva
Azərbaycanda milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına yaxın bir ay ərzində başlanıla bilər
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli genişzolaqlı internetin 2014-2016-cı illərdə inkişafı üzrə Dövlət Proqramını Nazirlər Kabineti ilə razılaşdırıb.Sabahdan etibarən Dövlət Proqramının aidiyyəti olan nazirliklər tərəfindən təsdiqlənməsi proseduru başlanacaq.
Yaxın bir ay ərzində Dövlət Proqramının icrasına başlanılması gözlənilir.
Layihə çərçivəsində genişzolaqlı internetin infrastrukturunun “Fiber to home” konsepsiyasına uyğun inkişaf etdirilməsi üzrə işlər paralel olaraq Bakıda, ölkənin regionlarında və Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi gözlənilir.
Bakı və Naxçıvanla yanaşı, işlər paralel olaraq İsmayıllıda, Qubada, Zaqatalada, Şirvanda, Lənkəranda, Qəbələdə aparılacaq.
Gələn ildən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondunun (DNF) dəstəyi ilə ölkədə "Fiber to Home" texnologiyası vasitəsilə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlayacaq.
DNF-ın büdcəsində layihə çərçivəsində birinci il ərzində nəzərdə tutulmuş işlərin görülməsi üçün 103,6 milyon manat ayrılması gözlənilir.
Layihə çərçivəsində, onu əsas icraçıları olan, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin restruktrizasiyası və birləşdirilməsi nəzərdə tutulub.
2014-2016-cı illər üçün nəzərdə tutulmuş layihənin reallaşdırılması üçün ümumilikdə 450 milyon manatdan artıq vəsaitin tələb olduğu bildirilir. Layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir.
Layihə çərçivəsində 18 min kilometr fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur, halbuki, bu gün ölkədə artıq 6-7 min kilometr kabel çəkilib.
Layihə ölkənin kabel infrastrukturunun kökündən yenidənqurması gözlənilir. Əsas məqsəd 10-100 Mbit/s sürətlə genişzolaqlı internet ilə uzaq regionları təmin etmək və internetdən istifadə edən əhalini 85% internetlə təmin etməkdi.
Son məqsəd isə bu göstəricini 2017-ci ilədək Azərbaycanda inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdır. Azərbaycan son üç ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə birinciliyi saxlayır.
Aynur Vəliyeva
Baxış sayı: 1138
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı