12px13px15px17px
Tarix:31/10/13

Dünyanın 10 ən nüfuzlu İT iş adamının adı açıqlanıb


"Forbes" jurnalı "The World’s Most Powerful People 2013" reytinqinin növbəti nəşrini dərc edib. Reytinqdə siyasət, mədəniyyət və din xadimləri ilə yanaşı, çoxlu iş adamı, o cümlədən informasiya texnologiyaları şirkətlərinin nümayəndələri də yer alıb. Belə ki, reytinqin altıncı pilləsində "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts, 15-ci yerdə ABŞ-ın nəhəng "Amazon" internet mağazasının rəhbəri Ceff Bezos qərarlaşıb.

Reytinqdə bütün sahələr üzrə ümumilikdə 3 trilyon dollar məbləğində illik mədaxilə nəzarət edən şirkətlərin 27 baş icraçı direktoru yer alıb. Onların əksəriyyəti eyni zamanda "Forbes" versiyası üzrə dünyanın ən varlı adamları reytinqinin iştirakçısıdır.

Hazırkı reytinqdə informasiya texnologiyaları fəaliyyəti ilə məşğul olan iş adamlarının adı bunlardır: "Microsoft" korporasiyasının yaradıcısı,  "Bill & Melinda Gates Foundation" xeyriyyə təşkilatının həmsədri Bill Qeyts (ümumi reytinqdə 6-cı yer), "Amazon" internet mağazasının baş icraçı direktoru (ümumi reytinqdə 15-ci yer), "Google" şirkətinin həmtəsisçisi Sergey Brin (ümumi reytinqdə 17-ci yer), "Google" şirkətinin baş icraçı direktoru Larri Peyc (ümumi reytinqdə 17-ci yer), "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk (ümumi reytinqdə 19-cu yer), "Facebook" şirkətinin baş icraçı direktoru Mark Sukerberq (ümumi reytinqdə 24-cü yer), "Samsung" şirkətlər qrupunun prezidenti Li Kun-Hi (ümumi reytinqdə 41-ci yer), "Softbank"ın baş icraçı direktoru Masayoşi Son (ümumi reytinqdə 45-ci yer), "IBM" korporasiyasının baş icraçı direktoru Virciniya Rometti (ümumi reytinqdə 56-cı yer), "Oracle" şirkətinin baş icraçı direktoru Larri Elison (ümumi reytinqdə 58-ci yer), - "IT Expert" www.itexpert.org.ua  yazır.  



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024