Tarix:01/11/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, satışın bəzi iri sərmayədarların maraqlarına görə təşkil ediləcəyi planlaşdırılırdı, sonra isə bu proqram ləğv edildi.
İki səhmdarın iddiasında bildirilib ki, bu əməliyyatlar hesabına “Twitter” İPO ərəfəsində öz qiymətli kağızlarına marağı artırmaq istəyib. İddia Mahxettenin Dairə Məhkəməsinə “Precedo Capital Group” və “Continental Advisors SA.” şirkətləri adından verilib.
“Precedo” və “Continental”da deyirlər ki, bu cür manipulyasiya hesabına “Twitter” öz kapitallaşmasını 10 milyard dollar səviyyəsindən yuxarı qaldırmaq istəyib və İPO diapazonunun yuxarı səviyyəsində yerləşmək istəyir.
İddiaçılar bildiriblər ki, “Twitter”də fərdi səhm yerləşdirilməsi üzrə əməliyyatı həyata keçirmək niyyətində olmadıqlarını bildiriblər, bu da komisyon rüsumların itkisi şəklində ziyana gətirib çıxardı.
“Twitter”in mətbuat xidmətindən bildirilib ki, səhmdar şirkətlərin iddiası əsassızdır, “Twitter” şirkətinin “Precedo” və “Continental”la heç bir işbirliyi olmayıb.
Qeyri-rəsmi məlumatlara əsasən, “Twitter”in IPO-su təqribən noyabrın 15-də baş tutacaq və bu tarix başlanğıc tarixidir və yerləşdirmə daha gec baş tuta bilər.
“Twitter” IPO çərçivəsində 1 milyard dollar cəlb etmək niyyətindədir. “Twitter”in planlaşdırdığı IPO “Morgan Stanley”, “JPMorgan Chase”, “Bank of America”, “Deutsche Bank”, “Allen&Co” bankları və “Code Advisors” şirkəti cəlb edilib. Bundan başqa, “Twitter” bildirib ki, şirkətin son bir ildə mədaxilinin iki dəfə artırılması sayəsində onun balansı mənfi olaraq qalır və şirkət ilin nəticələri üzrə ziyanda qalır.
Aynur Vəliyeva
Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər
“Twitter” şrkətinə qarşı onları yalandan “Twitter”in səhmlərinin fərdi satışının təşkili ilə məşğul olmağa məcbur edən iki şirkət tərəfindən 124 milyon dollarlıq iddia sürülüb.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, satışın bəzi iri sərmayədarların maraqlarına görə təşkil ediləcəyi planlaşdırılırdı, sonra isə bu proqram ləğv edildi.
İki səhmdarın iddiasında bildirilib ki, bu əməliyyatlar hesabına “Twitter” İPO ərəfəsində öz qiymətli kağızlarına marağı artırmaq istəyib. İddia Mahxettenin Dairə Məhkəməsinə “Precedo Capital Group” və “Continental Advisors SA.” şirkətləri adından verilib.
“Precedo” və “Continental”da deyirlər ki, bu cür manipulyasiya hesabına “Twitter” öz kapitallaşmasını 10 milyard dollar səviyyəsindən yuxarı qaldırmaq istəyib və İPO diapazonunun yuxarı səviyyəsində yerləşmək istəyir.
İddiaçılar bildiriblər ki, “Twitter”də fərdi səhm yerləşdirilməsi üzrə əməliyyatı həyata keçirmək niyyətində olmadıqlarını bildiriblər, bu da komisyon rüsumların itkisi şəklində ziyana gətirib çıxardı.
“Twitter”in mətbuat xidmətindən bildirilib ki, səhmdar şirkətlərin iddiası əsassızdır, “Twitter” şirkətinin “Precedo” və “Continental”la heç bir işbirliyi olmayıb.
Qeyri-rəsmi məlumatlara əsasən, “Twitter”in IPO-su təqribən noyabrın 15-də baş tutacaq və bu tarix başlanğıc tarixidir və yerləşdirmə daha gec baş tuta bilər.
“Twitter” IPO çərçivəsində 1 milyard dollar cəlb etmək niyyətindədir. “Twitter”in planlaşdırdığı IPO “Morgan Stanley”, “JPMorgan Chase”, “Bank of America”, “Deutsche Bank”, “Allen&Co” bankları və “Code Advisors” şirkəti cəlb edilib. Bundan başqa, “Twitter” bildirib ki, şirkətin son bir ildə mədaxilinin iki dəfə artırılması sayəsində onun balansı mənfi olaraq qalır və şirkət ilin nəticələri üzrə ziyanda qalır.
Aynur Vəliyeva
Baxış sayı: 624
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib